Bakıda keçiriləcək COP29 iqlim konfransı KİV-də geniş işıqlandırılmalı olan mühüm hadisədir.
“Report” xəbər verir ki, bunu “Economyfirst Limited London” şirkətinin direktoru Klaus Yurgens jurnalistlər üçün “COP29 və davamlı media təcrübələri” mövzusunda keçirilən təlimdə deyib.
O qeyd edib ki, təlim zamanı jurnalistlər qarşıdan gələn tədbirlə bağlı onları maraqlandıran bütün suallara cavab alacaqlar.
“Konfrans təkcə milli səviyyədə deyil, həm də qlobal səviyyədə işıqlandırılmalıdır”, - direktor qeyd edib.
Qeyd edək ki, bu gün ADA Universitetində Bakı konfransını işıqlandıracaq jurnalistlər üçün “COP29 və davamlı media təcrübələri” mövzusunda təlim keçirilir.