ABŞ prezidenti Co Bayden Ağ Evdə keçirilən “Halloween” şənliyində zarafatyana bir neçə azyaşlı uşağı dişləyib.
News24.az xarici mediaya istinadən xəbər verir ki, qucağında uşaqları olan valideynlər bir-bir dövlət başçısına yaxınlaşıb, prezident isə uşaqları öpüb və onlardan birini dişləyib.
Belə ki, o, toyuq kostyumu geyinmiş balaca uşağın ayağını dişləyib.
Prezidentin zarafatla albalı kostyumu geyinmiş başqa bir uşağı da dişləmədən dayana bilməyib. \\Lent.az