AZ

Hüseyn Abdullayevin məhkəməsi qeyri-müəyyən vaxta təxirə salınıb

Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi səhhətində yaranan problemlə əlaqədar qeyri müəyyən vaxta təxirə salınıb. Bu barədə onun vəkili Cavad Cavadov məlumat verib. 
 
Abdullayev bu gün Bakı Ağır cinayətlər Məhkəməsində prosesdə də səhhətində problemlər olduğu üçün qoşula bilməyib. 
 
Bundan əvvəl keçirilən məhkəmədə isə prosesə online formatda qoşulmuşdu. 
 
Daha öncə səhhəti ilə əlaqədar vəkil Ceyhun Yusifov həkim çağırılması ilə bağlı vəsatət qaldırsa da məhkəmə bu vəsaətəti təmin etməyib. 
 
Martın 7-də Hüseyn Abdullayeva qarşı cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqaallaşdırılması maddəsi ilə yeni cinayət işi açılıb. 
 
Sabiq deputat 2018-ci il altı il müddətində azadlıqdan məhrum edilib. Onun həbs müddəti bu ilin aprelində bitirdi. Lakin yeni cinayət ittihamı ilə əlaqədar Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs tədbiri seçib. 

Hüseyn Abdulayev 2005-ci il Milli Məclisin deputatı seçilib. 2007-ci il Nazirlər Kabinetinin qərarına etiraz edərək hesabata qarşı çıxıb. Bundan sonra Milli Məclisin fövqəlada iclası çağırıılıb və onun mandatı əlindən alınıb. 
 
2012-ci Almaniyaya mühacir kimi gedib və bil sonra beynəlxalq axtarışa verilib. 
 
2018-ci il Abdullayev Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib.
 
Aytac 

www.anews.az
Seçilən
64
anews.az

1Mənbələr