AZ

Mirzоyan: Ankara normallaşma prosesini İrəvan və Bakı arasındakı danışıqlarla əlaqələndirir

Ermənistan və Türkiyə arasında dinamik, müsbət dialoq qurulub.

"İki sahil” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzоyan parlamentdə bildirib.

"İki ölkə arasında diplomatik əlaqələrin qurulması, sərhədlərin, nəqliyyat və digər kommunikasiyaların açılması istiqamətində dialoq aparılır", - A.Mirzоyan izah edib.

Onun sözlərinə görə, hər iki ölkənin ekspertləri sərhəddəki infrastrukturun qiymətləndirilməsi üzrə iş aparıblar. Yaxın vaxtlarda Gümrü-Qars dəmir yolu hissəsinin infrastrukturunun oxşar qiymətləndirilməsi aparılacaq.

Bununla yanaşı, XİN rəhbərinin qeyd edib ki, Ankara normallaşmanı Ermənistan-Azərbaycan prosesi ilə əlaqələndirir. İrəvan bunu bir qədər qeyri-konstruktiv mövqe hesab edir, lakin münasibətlərin normallaşması baxımından nikbin əhvali-ruhiyyədədir.

Seçilən
27
1
ikisahil.az

2Mənbələr