Ermənistan və Rusiya fikir ayrılıqlarına baxmayaraq, güclü iqtisadi əlaqələrə malikdir.
Redaktor.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Rusiya ilə münasibətlərimiz son dərəcə şəffafdır. Bildiyiniz kimi, bizi güclü iqtisadi əlaqələr bağlayır. Bəzi xarici siyasət məsələlərində fikir ayrılıqlarımız var, biz həmişə bir-birimizin yanaşmasını paylaşmırıq", - o deyib.
Mirzoyan həmçinin vurğulayıb ki, mübahisələr müəyyən birgə inteqrasiya platformaları ilə bağlıdır. Ona görə də onun fikrincə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın suveren ərazisinə hərbi hücuma lazımınca cavab verməyib. Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, buna baxmayaraq, ölkələr Aİİ çərçivəsində əməkdaşlığı davam etdirir.
Sevinc İBRAHİMZADƏ