ABŞ mərkəzli qəhvə zənciri Starbucks, maliyyə nəticələri ilə bağlı çərşənbə günü yayımladığı hesabatda ardıcıl üçüncü rübdə satışlarının azaldığını açıqlayıb.
“Philips” səhmləri 17% ucuzlaşıb
FED.az xəbər verir ki, qlobal mağaza satışları 7% azalaraq, Şimali Amerikada 6%, Çində 14% və digər beynəlxalq bazarlarda 9% geriləmə müşahidə edilib.
Şirkət, 2024 maliyyə ilinin dördüncü rübündə 722 yeni mağaza açaraq qlobal miqyasda mağaza sayını 40,199-a çatdırdığını bildirib. ABŞ və Çindəki mağazalar şirkətin qlobal portfelinin 61%-ni təşkil edir.
Maliyyə nəticələrinə görə, şirkətin illik gəlirləri 6,9 milyard dollardan 6,69 milyard dollara enib. Starbucks-ın sədri Brian Niccol, müştəriləri geri qaytarmaq üçün strategiyalarını dəyişdirmələrinin lazım olduğunu qeyd edib. Maliyyə direktoru Rachel Ruggeri isə bu nəticələrin Starbucks markasının gücünü tam əks etdirmədiyini vurğulayıb.