AZ

Natiq Cəfərli: “Elektrik enerjisi və qaz limiti ləğv edilməlidir”

Qarşıdan gələn sərt qış əhalinin  qayğılarını da artırır. Mənzillərin qızdırılması, elektrik enerjisi və mavi yanacağa olan  tələbat bu qayğıları bir qədər də çoxaldır.  Dağ rayonlarında isə vəziyyət  daha ciddidir. Kəndlərə qaz xətləri çəkilsə də  mavi yanacaqdan istifadə problemə çevrilib. Onlar qazdan istifadəni az qala yaddan çıxardıblar. Buna səbəb həyat səviyyəsi onsuz da aşağı olan əhalinin limitə görə ödəniş edə bilməməsidir. Bir balaca otağı qızdırmaq üçün ayda 250-300 manat ödəməyə  məcbur olan vətəndaş mavi yanacağı birdəfəlik unudur və həyət-bacadıkı odun qırıqlarını yandırmağa məcbur olur. Limitin yaratdığı  çətinlik hər bir vətəndaşı narahat edir və əhali arasında ciddi narazılığa səbəb olur.

Məsələylə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli də   Azərbaycanda elektrik və qaza tətbiq edilən limiti yanlış yanaşma hesab edir:

 “O zaman Nazirlər Kabineti qərar verərkən demişdi ki, biz israfçılığın qarşısını almaq üçün bu addımı atırıq. Amma tamamilə yanlış bir yanaşmadır. Bu gün Azərbaycanda heç kim israfçılıq etmir. əksinə, lazım olan qədər qaz və elektrik enerjisi istifadə edir. Ona görə də bu yanaşma düzgün deyil və  elektrikə və qaza tətbiq edilən limitlər ləğv edilməlidir”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
89
konkret.az

1Mənbələr