AZ

Bakıda velosiped zolaqlarının uzunluğu 80 kilometrə çatdırılacaq

Paytaxtda 8 Noyabr prospektindəki zolaq da daxil olmaqla, 80 km mikromobillik şəbəkəsinin qurulması nəzərdə tutulur.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Yerüstü və Nəqliyyat Agentliyinin təşkil etdiyi ictimai dinləmədə Mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov bildirib.

O deyib ki, hazırda Bakıda 32 km uzunluğunda velosiped yolu çəkilib.

“Müddət olaraq 80 km mikromobillik şəbəkəsinin qurulmasının növbəti ilin ortasına qədər başa çatdırmağı planlayırıq”, - deyə C.Məmmədov qeyd edib.

Seçilən
31
13
unikal.az

10Mənbələr