Portuqaliyanın qadınlardan ibarət komandasının baş məşqçisi Fransisko Neto AVRO-2022-nin seçmə mərhələsinin 1-ci mərhələsinin cavab oyununda Azərbaycan yığması üzərində Vizelada qazandıqları qələbəni (4:0, ilk oyun - 4:1) şərh edib.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis millimizi məğlub etməkləri haqda bunları deyib:
“Azərbaycanla oyuna çox ciddi yanaşırdıq. Qadın futbolu hər yerdə sürətlə inkişaf edir.
A və B liqalarının komandaları səviyyə baxımından bir-birinə yaxınlaşır. Söhbət 30 komandadan gedir.
Qalan 20 ölkə, məsələn, Azərbaycan hələ inkişafın ilkin mərhələsindədir. Matça ciddi yanaşdığımız üçün oyun asan görünə bilərdi”