Ötən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri Rusiya Federasiyasının altı regionu və Qara dəniz üzərində 21 Ukrayna pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Dünən gecə Ukraynanın Rusiya Federasiyası ərazisində yerləşən hədəflərə qarşı təyyarə tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktları həyata keçirmək cəhdləri növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən dayandırılıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Rostov vilayətində səkkiz, Kursk vilayətində beş, Volqoqrad vilayətində üç, Bryansk vilayətində iki, Belqorod, Voronej vilayətlərində və Qara dəniz bölgələrində hərəsində bir pilotsuz uçuş aparatı məhv edilib.