“İl ərzində Azərbaycan tərəfi dəfələrlə Ermənistan Konstitusiyası ilə bağlı məsələ qaldıraraq, bu məsələni şərt və ilkin şərt kimi irəli sürüb”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə ilkin büdcə dinləmələrində çıxışı zamanı belə deyib.
“Azərbaycan tərəfinin fikrincə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı müəyyən ərazi iddiaları var. Biz bu tezisi tamamilə əsassız hesab edirik. Burada güclü arqument kimi Konstitusiya Məhkəməsinin sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyətinin əsasnamələrinin məhz əsas qanuna uyğunluğu ilə bağlı qərarı göstərilir. Konstitusiya Məhkəməsi bəyan edib ki, Almatı Bəyannaməsi əsasında sərhədin delimitasiyası Konstitusiyaya tam uyğundur”.
Mirzoyanın fikrincə, Konstitusiya Məhkəməsinin bu qərarı erməni tərəfinin Sovet Ermənistanının hüdudlarından kənarda yerləşən ərazilərə iddiasının olmaması deməkdir.