AZ

ABŞ-də “Halloween” bayramı - ÖZƏL VİDEO

Hər il dünyanın müxtəlif ölkələrində oktyabrın 31-i “Halloween” bayramı qeyd olunur.

 

Sfera.az bildirir ki, bu söz ilk dəfə XVI əsrdə ingilis ifadəsi olan “All-Hallows-Even” (Bütün müqəddəslərin axşamı) sözündən yaranıb. Bu bayramın əsas əlaməti həmin gün insanların maraqlı, qeyri-adi, qorxunc geyimlər geyinməklə bir yerə toplaşmasıdır. 

 

Düşünülür ki, “Halloween” günü ölülərin olduğu yerlə dünya arasındakı darvazalar açılır. Ölülər yaxınlarını görmək üçün gəlir, onlarla təmasda olmağa çalışır, məhz buna görə də insanlar pis ruhları qorxudaraq onların gəlməsinə şərait yaradır. 

 

Sözügedən bayramda maraqlı geyimlərdə olan uşaqlar da qapı-qapı gəzərək şirniyyat yığırlar. “Halloween”ə aylar öncədən hazırlıqlar görülür. Bir sıra evlər xüsusilə qorxulu dekorasiyalarla bəzədilir. 

 

“Halloween” dünyəvi dəhşət bayramı kimi ilk növbədə ABŞ-də qeyd edilib və bir çox başqa ölkələrə də yayılıb. Bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında qeyd olunur. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, Okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox dünya ölkələrində təntənəli şəkildə keçirilir.

 

Sfera.az ABŞ-nin Çikaqo şəhərindən “Halloween”lə bağlı maraqlı görüntüləri təqdim edir:

 

 

Günay Rəsulqızı

Sfera.az

Seçilən
35
sfera.az

1Mənbələr