AZ

"Temu” “Trendyol”u əvəz edə bilərmi?

Bu gün dünyada elektron ticarətin həcmi sürətlə artmaqdadır. İnsanlar bu platforma vasitəsilə evində oturub dünyanın istənilən ölkəsində satılan malı internet üzərindən sifariş verərək gətizdirir.
Məlumata görə, hazırda dünyada elektron ticarətin həcminə görə ABŞ, Çin, İngiltərə, Yaponiya, Almaniya kimi ölkələr ön sıralardadır. Dünyada olduğu kimi, ölkəmizdə də onlayn ticarətə maraq artmaqdadır. 
Türkiyənin məşhur onlayn alış-veriş platforması “Тrendyol” Azərbaycanda insanların ən çox yararlandığı platformadır. Son dövrlər Çinin məhsullarının satışı ilə “Temu” platformasına da maraq artmaqdadır.
 
Bəs “Temu” “Trendyol”u əvəz edə bilərmi? Hansı platforma daha sərfəlidir?
 
Bu barədə Moderatora.az-a danışan iqtisadçı ekspert Elşən Bağırzadə qeyd edib ki, “Trendyol” Türkiyə, Avropa və Amerika markalarının satışı ilə məşğuldur:
 
““Temu” isə əsasən Çin markalarının satışını həyata keçirir. Azərbaycan istehlakçısının ənənəvi olaraq Türkiyə, Avropa və Amerika markalarına daha çox üstünlük verdiyini qeyd etmək mümkündür. Ola bilər ki, Türkiyədə son dövrlər ortaya çıxan yüksək inflyasiya səviyyəsindən irəli gələrək “Trendyol”da satılan markalar Azərbaycan istehlakçısı üçün bir qədər bahalıdır və bəzi istehlakçılar “Temu” kimi alternativ platformalara maraq göstərməyə başlayıblar. Ancaq hesab edirəm ki, Çin platformasına maraq uzun müddət davam etməyəcək və “Trendyol” Azərbaycan bazarında rəqabətliliyini daha da artıracaqdır. Bu görə də Azərbaycan bazarında “Temu” və  “Trendyol” rəqabətində “Temu”nun qalib çıxacağı perspektivini görmürəm”.
 
Mehin Mehmanqızı
 
Seçilən
59
moderator.az

1Mənbələr