AZ

İsraillilər ABŞ-dakı prezident seçkilərində bu namizədə səs verəcək

İsrailin Kanal 12 telekanalı ABŞ seçkiləri ilə bağlı sorğu keçirib. Kanal İsrail xalqına ABŞ seçkilərində hansı namizədi dəstəkləyirsiniz? sualını verdi. İsrail vətəndaşları böyük fərqlə həmin prezidentliyə namizədi seçiblər.

Turkustan.az xəbər verir ki, İsrailin Kanal 12 telekanalı ABŞ seçkiləri ilə bağlı sorğunu İsrail ictimaiyyətinə təqdim edib. ABŞ seçkilərində hansı namizədi dəstəkləyirsiniz? Suala cavab verən israillilər böyük səs fərqi ilə Respublikaçı namizəd Donald Trampı seçiblər.

Nəticələri televiziyada yayımlanan sorğuya görə, sorğuya qatılan israillilərin 66 faizi Donald Trampın ABŞ prezidenti seçilməsini istədiklərini bildirib.

Digər tərəfdən, Demokrat Partiyasının prezidentliyə namizədi Kamala Harris çox az dəstək aldı. Sorğuda iştirak edən israillilərin yalnız 17 faizi Kamala Harrisin ABŞ prezidenti olmasını istədiklərini bildirib. Sorğuda iştirak edən digər 17 faiz isə iki namizəd arasında seçim etməməyə üstünlük verib.

Digər tərəfdən, eyni sualı İsrailin hakim partiyası olan Likud Partiyasının üzvlərinə də soruşduqda, çox daha təəccüblü bir mənzərə ortaya çıxdı. Likud Partiyası üzvlərinin 93 faizi Donald Trampın ABŞ-ın növbəti prezidenti olmasını istədiklərini bildirib. Digər tərəfdən, Kamala Harris sorğuda 1 faiz dəstək alıb.

İsrailin ABŞ-ın keçmiş prezidenti Trampı dəstəkləməsinin əsas səbəbləri kimi Trampın İsrailyönlü bəyanatları və Bayden-Harris hökumətinin İsrailin Yaxın Şərqdəki müharibələri idarə etmə tərzini tənqid etməsi göstərilir.

Tramp dəfələrlə İsrailə tam dəstəyini ifadə edib və seçiləcəyi təqdirdə İsrailə silah dəstəyini artırmaq istədiyini bildirib. Digər tərəfdən Bayden Qəzzadakı humanitar böhranın həlli üçün İsrailə 30 gün vaxt verib və əks halda ABŞ-ın İsrailə verdiyi silah dəstəyini geri çəkəcəyini bildirib.

Trump hökumətinin bir rəsmisi, Baydenin bəyanatından sonra "İsrailə silah dəstəyinin kəsilməyəcəyini" vurğulanıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
30
turkustan.az

1Mənbələr