AZ

Elnarə Abdullayevadan qızı haqda bəd xəbərə münasibət: "Axı, yaxşı deyil!"

Əməkdar artist Elnarə Abdullayeva qızı Xədicənin xəstəxanaya yerləşdirilməsi haqqında yayılan xəbərlərə münasibət bildirib.

Əməkdar artist Teleqraf.com-a Xədicənin səhhətinin yaxşılaşdığını deyib: "Qızımın səhhəti yaxşıdır. Ötən gün aparıcı Nanə Ağamalıyevanın verilişindən zəng etdilər və proqrama dəvət etdilər. Mən də dedim ki, qızım narahatdır, onu xəstəxanaya aparıram. Qrip olub. Günorta olduğuna görə, verilişə çata bilmirdim. Xəstəxanadan qızımla çıxıb, avtomobilə minəndə mənə çoxlu zənglər gəlməyə başladı. Qohumlar zəng vurub dedilər ki, qızın reanimasiyaya yerləşdirilib?

Mən bundan sonra heç kimə həqiqəti deməyəcəm. Bir hadisə olsa belə... Axı, yaxşı deyil. Qızım başqa evin gəlinidir. Mən adam kimi səbəbini dedim ki, məndən inciməsinlər".

Qeyd edək ki, ötən gün Elnarə Abdullayevanın qızının virusa yoluxaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilməsi haqda xəbər yayılıb.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
48
11
teleqraf.com

10Mənbələr