Rus qoşunları Xarkovun Saltovski rayonuna idarə olunan hava bombası atıblar. Yaşayış binasına ziyan dəyib, iki mərtəbəsi dağılıb.
Publika.az xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
O qeyd edib ki, oktyabrın 31-i səhər saatlarına olan məlumata görə, 34 nəfər yaralanıb, hücum nəticəsində 12 yaşlı uşaq həlak olub.
Xilasedicilər ağır yaralı uşağı dağıntılar altından çıxara bilsələr də, həkimlər onu xilas edə bilməyiblər.
Dağıntılar altından daha bir nəfərin meyitinin parçaları tapılıb, onun şəxsiyyəti hələlik məlum deyil. Hava zərbəsi nəticəsində uçan evin yerində işlər davam edir. Sinequbovun sözlərinə görə, dağıntılar altında 15 yaşlı yeniyetmə var.