AZ

“Bayden Gürcüstandakı seçkiyə qiymət verə bilməz” - Kaladze ABŞ Prezidentinin yalan danışdığını deyir

Gürcüstanda son parlament seçkisinin nəticələri ətrafında siyasi gərginlik davam edir. İstər daxildə, istərsə də xaricdə bu seçkinin saxtalaşdırıldığına dair müxtəlif iddialar var.

“AzPolitika” xəbər verir ki, gürcü mətbuatına açıqlama verən keçmiş futbolçu, hazırda isə hakim “Gürcü Arzusu” partiyasının Baş katibi və Tbilisi meri Kaxa Kaladze ABŞ Prezidenti Co Baydenin tənqidlərinə kəskin reaksiya verib.

O deyib ki, Bayden Gürcüstandakı seçkilərin və hakimiyyətin legitimliyinin qiymətləndiricisi ola bilməz: “Co Bayden seçkiləri qiymətləndirə bilməz. Hökumətin legitimliyi ATƏT/DTİHB tərəfindən qiymətləndirilib. Onlar bunu birbaşa ifadə etdilər və seçkilərin rəqabətli, çoxpartiyalı olduğunu, eləcə də insanların öz seçimlərini etmək imkanının olduğunu bildirdilər”.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Gürcüstan hakimiyyətini seçkilərlə bağlı bütün pozuntuları araşdırmağa çağırıb: “Gürcüstanda keçirilən son parlament seçkiləri inzibati resurslardan hədsiz sui-istifadə, hədə-qorxu və seçicilərə qarşı təzyiqlə yadda qaldı”.

Kaladze deyib ki, bu cür bəyanatlar ölkədə “radikal müxalifəti gücləndirir”: “Bu cür bəyanatların heç bir ciddi məzmunu yoxdur, çünki əslində onların hamısı yalana əsaslanır”.

“AzPolitika.info”

Seçilən
61
azpolitika.info

1Mənbələr