AZ

Azərbaycanda 2050-ci ilədək “xalis sıfır emissiya”ya nail olmaq üçün 40 meqavat/saatdan çox günəş və külək enerjisi lazımdır

Ölkəmizdə 2050-ci ilə qədər “xalis sıfır emissiya”ya nail olmaq üçün 40 meqavat/saatdan çox günəş və külək enerjisi lazımdır.

İqtisadiyyat.az Azərtaca-a istinadən xəbər verir ki, bu barədə energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov oktyabrın 31-də Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.

O qeyd edib ki, bu, Azərbaycanda qurulmuş bütün potensialın 5 qatı deməkdir. 2050-ci ildə Azərbaycanın elektrik enerji istehlakının 3 dəfə artaraq 89 teravat/saata çatması gözlənilir.

 

Seçilən
77
iqtisadiyyat.az

1Mənbələr