“Pfl.az” domeninə artıq iki gündü daxil olmaq mümkün deyil. Sayta giriş etdikdə ilk saatlarda “xəta” ilə qarşılaşırdıqsa, indi sadəcə, PFL-in loqosunu görürük.
Problemin səbəbini və nə vaxt aradan qaldırılacağını öyrənmək məqsədilə qurumun Media və Marketinq üzrə direktoru Sənan Abdullayevə müraciət etdik. O, “Football-plus.az”a açıqlamasında saytla bağlı texniki problemin, daha doğrusu, server xətasının olduğunu dedi:
“Əməkdaşlıq etdiyimiz şirkət ölkənin ən güclülərindəndi. Bizə verilən məlumata görə, serverlə bağlı problem yaranıb. Gözləntimiz və qarşı tərəfdən aldığımız bilgi çatışmazlığın bu gün həll ediləcəyi yönündədi”.
KƏNAN BAHADIR