AZ

"Hyundai Ioniq 9" belə olacaq - FOTOLAR

Cənubi Koreyanın nəhəng avtomobil şirkəti "Hyundai" yeni modelini satışa çıxarmağa hazırlaşır. 

Hit.az xəbər verir ki, söhbət "Loniq 9" modelindən gedir.

Bu, şirkətin ən böyük elektromobili olacaq. Üstəlik, "Hyundai" 2030-cu ilə qədər 21 elektrikli avtomobil təqdim etməyə hazırlaşır. Həmçinin, il ərzində  2 milyon elektromobil satmağı hədəfləyir. 

Qeyd edək ki, "Hyundai Ioniq 9" modelinin təqdimatı noyabr ayında keçiriləcək. Avtomobilin satışlarının isə nə zaman başlayacağı hələlik məlum deyil. Bundan başqa, modelin qiyməti də hələ bilinmir. 

Pərviz

Seçilən
50
hit.az

1Mənbələr