Ağ Ev sözçüsü Karine Jean-Pierre mətbuat brifinqində noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlamalar verib.
Xalqcebhesi.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən xəbər verir ki, K.Jean-Pierre bildirib ki, Co Bayden prezident seçkisində kimin qalib gəlməsindən asılı olmayaraq andiçmə mərasimində iştirak edəcək.
C.Baydenin hakimiyyətin sülh yolu ilə ötürülməsinə inandığını ifadə edən K.Jean-Pierre "Andiçmə mərasimində iştirak etmək, orada olmaq, müntəzəm olaraq görülən işlər tarixi prosesin bir parçasıdır. O, bu prosesdə mütləq iştirak edəcək" deyə qeyd edib.
Bildirək ki, keçmiş prezident Donald Tramp uzun zamandır davam edən ənənədən kənara çıxaraq 2021-ci ilin yanvarında C.Baydenin andiçmə mərasiminə qatılmayıb.