Qız qalasının qarşısındakı geniş piyada yolundakı biabırçılığın illərdir nə bir İçərişəhər, nə də bir icra hakimiyyəti mərumuru qarşısını almır.
Tribunainfo.az xəbər verir ki, şəhərin mərkəzindəki illərdir davam edən problemi memar Elçin Əliyev dilə gətirib. O bildirib ki, sözügedən piyada yolu illərdir taksi sürücüləri tərəfindən zəbt edilib, ancaq bunun qarşısını heç kəs almaq istəmir:
“Həmişə olduğu kimi Qız qalasının qarşısındakı geniş piyada yolunu taksi sürücüləri kəsib. Durub baxıram ki, şəhər sakinləri və paytaxt qonaqları onların arasından necə sıxışıb çətinliklə keçirlər! Və uzun illərdir bu biyabırçı vəziyyət düzəlmir. Heç bir İçəri-Şəhər və ya İcra Hakimiyyəti məmuru yanaşıb bu mədəniyyətsiz sürücülərə demir ki, yolu tutma!”.
Nigar