AZ

Belarusda gələn il KTMT çərçivəsində təlimlər keçiriləcək

Belarus Müdafiə Nazirliyinin binasında ölkənin müdafiə naziri Viktor Xrenin ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov arasında ikitərəfli görüş keçirilib.

Herbiand.az bildirir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

KTMT-nin yaxın gələcəkdəki fəaliyyətindən danışan Xrenin qeyd edib ki, Belarus tərəfinin əsas diqqəti 2025-ci ilin sentyabrında burada Təşkilatın formatında birgə təlimlərin hazırlanması və keçirilməsinə yönələcək: “Qarşılıqlı fəaliyyət-2025 ”, “Axtarış-2025”, “Eşelon-2025” 2025-ci ilədək olan dövr üçün Kollektiv Təhlükəsizlik Strategiyasının müddəalarının həyata keçirilməsi.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
25
herbiand.az

1Mənbələr