AZ

Çin Aİ ilə ticarət münaqişələrinin həl etmək niyyətindədir

Fins.az, 31 oktyabr – Çin, Avropa İttifaqı (Aİ) ilə yaşanan ticarət münaqişələrinin çözülməsi üçün ümid ifadə edib.

Rəsmi Pekin nümayəndələri, Brüsseli konstruktiv dialoq və müzakirələr aparmağa dəvət edərək, tərəflərin razılığa gəlmələrinin vacibliyini vurğulayıb.

Çinin XİN nümayəndəsi Lin Jian, Aİ-nin Çin istehsalı elektrik avtomobillərinə tətbiq etdiyi yüksək tarifləri qoruyucu tədbir kimi qiymətləndirib. O, bu addımın iki tərəf arasındakı əməkdaşlığa zərər verdiyini və Avropa istehlakçılarının maraqlarına mənfi təsir etdiyini qeyd edib. Lin Jian, həmçinin Aİ-nin yaşıl transformasiya planlarının da bu tədbirdən zərər çəkəcəyini bildirib.

Lin Jian, dialoq və əməkdaşlığın Çin ilə Aİ arasındakı əlaqələrin əsasını təşkil etdiyini vurğulayıb. O, Avropa İttifaqının, münaqişələrin həllinə dair dialoqda ədalətli və çevik olacağına ümid etdiyini ifadə edib.

29 oktyabrda Avropa Komissiyası, Çin istehsalı elektrik avtomobillərinə tətbiq ediləcək rüsumu təsdiqləyib. Bu rüsum 31 oktyabrda qüvvəyə minəcək. Brüssel, tərəflərin bu məsələ ilə bağlı kompromis axtarışını davam etdirəcəyini də vurğulayıb.

Seçilən
19
fins.az

1Mənbələr