AZ

Sərxoş sürücü avtomobilini baş nazirin bağ evinə çırpdı – FOTO

İngiltərədə baş nazirin rəsmi iqamətgahı olan Çekersə sərxoş sürücü 40 min funt sterlinq dəyərində ziyan vurub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Metyu Vutten adlı sürücü qəsdən sürəti artırmaqla avtomobilini Bukingemşirdəki 16-cı əsrə aid Dama malikanəsinin əsas qapısına çırpıb. Təhlükəsizlik kamerası görüntülərində “Volkswagen Scirocco” markalı avtomobilin 80 illik dəmir barmaqlıqlara çırpılaraq, onları zədələyi görünüb.

Daha sonra Vutten təhlükəsizlik dayaqlarına çırpılıb və zədələnmiş avtomobilinin kapotundan tüstü çıxıb. 90-cı illərin ağ avtomobili baş nazirin rəsmi bağ evi kimi istifadə edilən mülkün qapısına çırpılaraq, yararsız hala düşüb.

Hadisə yerində saxlanılan Vuttenin avtomobilində çoxlu spirtli içki qutuları aşkar edilib. Testdə alkoqolun normadan üç dəfə çox olduğu müəyyən edilib.

Reading Rayon Məhkəməsində təhlükəli sürücülük, əmlaka ziyan vurmaq və sərxoş sürücülükdə təqsirli bilinən Vutten 32 ay həbs cəzasına məhkum edilib və 40 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Qəzada ağır yaralanan Vutten xəstəxanaya aparılıb. Qəza zamanı baş nazir Rişi Sunak malikanədə olmayıb.

Birinci dərəcəli tarixi abidə statusuna malik olan və 1921-ci ildən baş nazirlər tərəfindən istifadə edilən malikanə Ser Artur Li tərəfindən dövlətə bağışlanıb.

Polis hadisədə hər hansı zərər vermək niyyətinin olmadığını açıqlayıb. Prokuror Celia Mardon təhlükəsizlik kamerası görüntülərinin Vuttenin qəsdən malikanənin darvazasına doğru sürətlə getdiyini göstərdiyini və bu dəlilin yüksək spirt səviyyəsi ilə birlikdə müttəhimə günahını etiraf etməkdən başqa çarə qoymadığını söyləyib.

İsmayıl Bakuvi

Seçilən
33
2
yenicag.az

3Mənbələr