"Avtomobili daim aşağı mühərrik sürətində idarə etmək yağlama sisteminin effektiv işləməsinə imkan vermir. Bu, akkumulyatorun da az doldurulmasına gətirib çıxarır".
Bu barədə “Rossiyskaya qazeta” "Avtospetstsentr" şirkətlər qrupunun mütəxəssislərinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, müasir mühərriklər aşağı sürətlə səmərəli işləyə bilirlər və bu, sürücülərə avtomobil sürərkən yanacağa qənaət etməyə imkan verir.
"Bununla belə, aşağı ritmdə idarəetmə bəzi avtohissələrin və birləşmələrin vəziyyətinə mənfi təsir göstərə bilər”, - Autospetscenter nəşrə bildirib.
Xüsusilə, aşağı mühərrik sürəti yanacaq pompasının səmərəliliyini azaldır və yağın cihaza vurulmasını ləngidir. Həmçinin, həddən artıq aşağı ritmli idarəetmə turbo doldurmanın vəziyyətinə də təsir göstərir: zaman keçdikcə turbin fövqəladə rejimdə sönə bilər. Bundan əlavə turbində əmələ gələn çöküntülərdən təmizləmək üçün xüsusi kimyəvi maddələrdən istifadə edilməli olacaq.
Tural