"Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu İngiltərə Liqa Kubokunun 1/8 final mərhələsində "Mançester Siti" üzərində qazandıqları qələbəni (2:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini klubun rəsmi saytı belə çatdırıb:
"Vacib qələbədir. Reallıq budur ki, kubok turnirlərində qələbə qazanmasan, mübarizəni dayandırmalı olursan. Qulaq asın, biz inanılmaz rəqiblə mübarizə apardıq. Fikrimcə, müdafiədə yaxşı oynayaraq onların çox şey etməsinə imkan vermədik.
Hücum planında bir neçə möhtəşəm qol epizodu yaratdıq. Hərçənd oyunun taleyini daha tez həll etmək imkanından istifadə edə bilmədik. Amma "Siti"yə qarşı oynayırsınızsa, istənilən anda problem yaşayacağına hazır olmalısan. Onların öhdəsindən gəldik".
Nihat