AZ

Azərbaycanın axtarışa verdiyi şəxs Astana Hava Limanında saxlanılıb

Qazaxıstanın hüquq-mühafizə orqanları Astana Beynəlxalq Hava Limanında beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

AZƏRTAC "Polisia.kz" saytına istinadən xəbər verir ki, saxlanılma Azərbaycan DİN-in İnterpolun Milli Mərkəzi Bürosunun sorğusu əsasında həyata keçirilib.

Məlumata görə, saxlanılan şəxs 2022-ci ildə Bakıda iri həcmdə dələduzluq etməkdə şübhəli bilinir. O, sosial evlərin alınmasına kömək etmək adı ilə yerli sakinlərin pul vəsaitini ələ keçirib.

Şübhəli şəxs Astanadan Düşənbəyə uçmağa cəhd edərkən saxlanılıb və paytaxt polisinin müvəqqəti saxlama təcridxanasında saxlanılır.

Seçilən
51
2
yeniazerbaycan.com

3Mənbələr