AZ

Rusiya İranda nüvə elektrik stansiyasının tikinitisini davam etdirir

Rusiya Buşehr atom elektrik stansiyasının ikinci və üçüncü fazalarının tikintisi üçün əməkdaşlığa sadiqdir.Missiya.Az xəbər verir ki, bu barədə "İSNA" məlumat yayıb.

Bildirilib ki, bununla bağlı İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami dünən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Buşehr elektrik stansiyasının ikinci və üçüncü bloklarının tikintisi ilə bağlı Rusiya İranla əməkdaşlıq edir və bu məsələ bizim üçün prioritet sayılır. Bu sahədə yüksək sürətlə işlər görülür”, -  Məhəmməd İslami bildirib.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
22
1
missiya.az

2Mənbələr