Türkiyənin elita klublarından olan "Konyaspor"un yeni baş məşqçisi məlum olub.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Konya təmsilçisi Recep Uçar ilə anlaşıb.
49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Uçar bu postda Əli Çamdalını əvəzləyib.