AZ

Şvartsenegger seçkilərdə kimə səs verəcəyini açıqladı


Kaliforniyanın keçmiş Respublikaçı qubernatoru, aktyor və bodibilder Arnold Şvartsenegger ABŞ prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəkləyəcək.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Mən başa düşürəm ki, insanlar mənim fikrimi eşitmək istəyirlər. Çünki mən təkcə məşhur bir insan deyiləm, həm də keçmiş Respublikaçı qubernatoram. Mən Kamala Harrisə və Tim Uoltsa səs verirəm”, - Şvartsenegger deyib.
Şvartsenegger bu seçimini onun Respublikaçı olmazdan əvvəl amerikalı olması ilə izah edib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.
Respublikaçılar Partiyasını keçmiş president Donald Tramp, Demokratlar Partiyasını isə hazırkı vitse-prezidenti Kamala Harris təmsil edəcək.
Seçilən
53
3
yeniavaz.com

4Mənbələr