Conni Depp və Penelopa Kruz rejissor Mark Uebbin çəkdiyi yeni döyüş trilleri üçün yenidən birləşirlər.
Hafta.az-ın “Hollywood Reporter”ə istinadən yazdığına görə, “Day Drinker” adlı film, Deppin aktrisa Amber Hearddan mübahisəli boşanması ilə ortaya çıxan mübahisələrdən və böhtan iddiasından sonra Hollivuda qayıtmaq üçün etdiyi ən böyük cəhddir.
61 yaşlı aktyor keçən il ekranlara çıxan Mayvennin rejissorluğu ilə çəkilmiş fransız dövrü dram “Janne du Barry”də rol alıb.
Oskar mükafatına namizəd olan aktyor 2024-cü ildə italyan rəssam Amedeo Modilyaninin həyatından bəhs edən “Modi, dəlilik qanadında üç gün” filminin də rejissorluğunu edib. Bioqrafik dram Roma Film Festivalında nümayiş etdirilib.
Bu iki film avropalı dəstəkçilərlə çəkildiyi üçün yüksək kommersiya gözləntiləri olmayan istehsal idi. Xəbəri açıqlayan “Hollywood Reporter”in məlumatına görə, Depp və Kruzu 4-cü dəfə böyük ekranda bir araya gətirəcək “Day Drinker”, aktyorun Hollivuddakı karyerasına birbaşa təsir edəcək.
50 yaşlı Depp və Kruz əvvəllər 2001-ci ildə “Blow”, 2011-ci ildə “Karib dənizinin quldurları: Stranger Tides” və 2017-ci ildə “Şərq ekspresində qətl” filmlərində birlikdə rol alıblar.
Filmin prodüseri Basil İvanik və “Con Uik” serialının prodüseri olan Erika Li olacaq.
Zak Dekanın orijinal ssenarisi əsasında çəkilən film, kruiz gəmisində qarşılaşan və sonradan cinayətin batağında qalan iki nəfərdən bəhs edir.
Lionsgate Cinema Group-un prezidenti Adam Fogelson verdiyi açıqlamada "Day Drinker” yüksək kommersiya konseptini inanılmaz bir dünyada qurulmuş çılğın twistlərlə birləşdirir və bu dünyada Mark və ya Conni, ya da Penelopedən daha yaxşı rejissor yoxdur” deyib.
50 yaşlı amerikalı rejissor Vebb, Sundance Film Festivalında böyük səs-küy yaradan, daha sonra “The Amazing Spider-Man” və “The Amazing Spider-Man 2” filmləri ilə davam etdirdiyi “500 Days of Summer” filmi ilə Hollivuda daxil olub.