“Gözləyirəm ki, daha yaxşı oynayıb qələbə qazanacağıq. “Neftçi”yə qarşı görüşə də yaxşı hazırlaşmışıq”.
İdman.biz xəbər verir ki, bunu NTD-nin basketbolçusu Zayon Patterson deyib.
Amerikalı legioner ABL-nın III turunun “Neftçi” ilə oyundan əvvəl fikirlərini açıqlayıb. O bildirib ki, rəqibi izləyiblər: “Hər bir oyunçunun güclü və zəif tərəfləri haqqında təsəvvürümüz var. Ümid edirik ki, qarşılaşmada bundan istifadə edəcəyik. Bizim çox gənc və istedadlı komandamız var. Əvvəlki iki oyun gərgin mübarizə şəraitində keçdi. Özümüz özümüzə uduzduq. Daha az səhv buraxsaydıq, nəticə tamamilə fərqli olardı”.
Patterson NTD-ni seçməsinə də münasibət bildirib: “Çünki onlar mənə öz istedadlarımı və bacarıqlarımı göstərmək imkanı yaratdılar. ABŞ-ın kiçik bir şəhərində anadan olmuşam. Biz tərəfdə çox az insan belə şans əldə edir. Üstəlik, NTD böyük ənənələrə malik bir klubdur. Qalib gəlmək ənənəsi. Mən də qalib gəlməyi sevirəm, ona görə də seçim açıq-aydın idi”.
Qeyd edək ki, NTD “Neftçi” görüşü noyabrın 1-də saat 20:00-da start götürəcək.
İdman.biz