AZ

Qərbi Azərbaycan İcmasında Şamama Ələsgərovanın 120 illik yubileyi qeyd edilir

Bakı. Trend:

Qərbi Azərbaycan İcmasında səhiyyə sahəsində görkəmlitəşkilatçı, Əməkdar həkim, ictimai xadim, Azərbaycan SSR AliSovetinin deputatı, II Dünya Müharibəsinin iştirakçısı, SosialistƏməyi Qəhrəmanı Şamama Ələsgərovanın 120 illik yubileyinə həsredilmiş konfrans keçirilib.

Trend xəbər verir ki, əvvəlcəŞamama xanım Ələsgərovanın keçdiyi şərəfli həyat yolu və misilsiznailiyyətlərindən bəhs edən videoçarx təqdim olunub.

Konfransı giriş sözü ilə açan QAİ Qadınlar Şurasının sədri,Milli Məclisin deputatı Məlahət İbrahimqızı Şamama Ələsgərovanınzəngin səhiyyə irsinə və ömür yoluna toxunaraq bildirib ki, Şamamaxanım səhiyyə sahəsində tədqiqatlarını əsasən, ana və uşaqlarınsağlamlığının qorunmasına, ginekoloji xəstəliklərin müalicə vəprofilaktikasına həsr etmiş, respublikamızda malyariya və helmintozxəstəliklərinə qarşı mübarizə tədbirlərinin fəallarından biriolub.

Məlahət İbrahimqızı qeyd edib ki, Qərbi Azərbaycanın İrəvanşəhərində anadan olan Ş.Ələsgərova ilk təhsilini gimnaziyada alıb,Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra 1941-ci ildə cəbhəyəyollanan cəsarətli və nümunəvi həkim 1958-ci ildə "Səhiyyəəlaçısı", iki il sonra respublikanın Əməkdar həkimi adına layiqgörülüb. Məlahət İbrahimqızı vurğulayıb ki, şərəfli və zəngin yolkeçmiş Azərbaycan səhiyyəsi Prezident İlham Əliyevin və Mehribanxanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunub.

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, MilliMəclisin deputatı Əhliman Əmiraslanov Şamama xanımın səhiyyəsahəsində əldə etdiyi uğurların nümunəvi xarakter daşıdığınıvurğulayıb. Əhliman Əmiraslanov bildirib ki, Əmək fəaliyyətinə məhzmüharibə illərindən başlayan Ş.Ələsgərova Azərbaycan SSR XalqSəhiyyə Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin rəisivəzifələrində çalışıb, 1945-ci ildən etibarən ömrünün sonunadək(02.06.1977) N.Krupskaya adına 5 saylı doğum evinin (hal-hazırdahəmin doğum evi Şamama Ələsgərovanın adını daşıyır) baş həkimiolub. 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı adı alan Ş.ƏləsgərovaAzərbaycanda bu yüksək ada layiq görülən ilk səhiyyə işçisiolub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətininsədri Zaur Əliyev Şamama xanımın öz işinin xüsusi incəliklərinəyaxşı bələd olduğunu, bu gün də tibb sahəsində onun təcrübəsindəngeniş istifadə edildiyini vurğulayıb. Zaur Əliyev Şamama xanımınfədakarlığı və əzminin hər zaman yaddaşlarda qalacağını qeydedib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoruVüqar Qurbanov bildirib ki, Şamama Ələsgərova, sadəcə bir həkimdeyil, həm də səhiyyə sahəsində təşkilati işləri ilə fərqlənən,yüksək mənəvi keyfiyyətlərə malik bir şəxsiyyət idi. ŞamamaƏləsgərova II Dünya Müharibəsi zamanı 416-cı Taqanroq diviziyasındatibbi briqadaya rəhbərlik edərək yaralı əsgərlərə yardım göstərib,insanların həyatını qorumaq üçün yorulmadan çalışıb. O, vurğulaylıbki, qələbə ilə başa çatan Vətən müharibəsində də qadın həkimlərimizböyük cəsarətlə vəzifələrinin öhtəsindən şərəflə gəlmiş və özadlarını Şamama xanımın davamçıları kimi Zəfər tariximizəyazdırıblar.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor, ictimaixadim Dilarə Seyidzadə bildirib ki, Qərbi Azərbaycanın İrəvanşəhərindən olan Şamama Ələsgərova cəsur və savadlı səhiyyə işçisiolmaqla yanaşı yüksək insani keyfiyyətlərə malik olub, əslAzərbaycan xanımına xas xüsusiyyətləri özündə birləşdirib.
Şamama Ələsgərovanın nəvəsi, professor Lalə Cəfərova Şamama xanımlabağlı xatirələrini bölüşərək deyib ki, belə bir parlaq şəxsiyyətinnəvəsi olmaqdan qürur duyur.

O bildirib ki, Şamama xanım ictimai işlərdə də yüksək fəalllıqgöstərib, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı olub,"Şərəf nişanı" ordeni və digər medallarla təltif edilib. LaləCəfərova həmçinin konfransın təşkilatçılarına təşəkkürünü dəbildirib.

Xəbər yenilənəcək

Seçilən
46
3
az.trend.az

4Mənbələr