AZ

Korporativ Satış İdarəsinin Kiçik və Orta biznes şöbəsi - VAKANSİYA

"Xalq Bank" ASC, Korporativ Satış İdarəsinin Kiçik və Orta biznes şöbəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:        

  • Yeni kiçik və orta sahibkarları banka müştəri kimi cəlb etmək;
  • Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
  • Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
  • Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
  • Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
  • Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
  • Görülmüş işlər üzrə hesabat vermək.

Tələblər:

  • Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
  • Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
  • Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Yüksək səviyyədə satış bacarığı;
  • Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
  • Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Seçilən
75
50
fins.az

10Mənbələr