Parol.az-ın əldə etdiyi məlumata görə, Astarada piyada ölümü ilə nəticələnən qəza hadisəsi baş verib.
Ölən şəxs Astara sakini Nazim Baxşıyevdir.
Araşdırmamız zamanı məlum olub ki, Nazim Baxşıyevin həyat yoldaşı 3 il əvvəl dünyasın dəyişib.
Nazim həmin hadisədən sonra ikinci dəfə ailə qurmayıb.
O, 6 uşağını təkbaşına böyüdürmüş.
Qeyd edək ki, DİN-in Lənkəran Regional Qrupundan Parol.az-a verilən məlumata görə, hadisə dünən axşam saatlarında rayonun Pensər kəndi ərazisində baş verib. Belə ki,1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə hərəkətdə olarkən rayon sakini 1980-ci il təvəllüdlü Nazim Zahir oğlu Baxşiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.