AZ

Daimi fast food yeyənuşaq görmə qabiliyyətini İTİRDİ

ABŞ-nin Massaçusets ştatında yaşayan 12 yaşlı uşaq orqanizmində qida çatışmazlığı səbəbindən görmə qabiliyyətini itirib.

Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, uşağın qidalanma ilə bağlı problemlərinin səbəbi onun psixoloji problemləri idi.

Oğlan autizm spektri və selektiv yemək pozğunluğundan əziyyət çəkir. Bu diaqnozla bir insan xüsusi qidaları yeməkdən çəkinir.

Nəticədə, oğlan yalnız fast food yeməyə başlayıb.

Onun klinik vəziyyəti The New England Journal of Medicine-də təsvir edilmişdir.

2024-cü ilin əvvəlində oğlanın görmə qabiliyyəti bulanmağa başlayıb. Ay yarımdan sonra o, valideynlərinin köməyi olmadan artıq yeriyə bilməyib. Bir müddət sonra uşaq tamamilə görməyib.

Həkimlər uşağı müayinə edib və bildiriblər ki, düzgün olmayan qidalanmaya görə o, görmə sinirlərinin fəaliyyətinə dəstək verən maddələrdən məhrum olub və onlar atrofiyaya uğrayıb. Ona A vitamini, C vitamini, D vitamini, mis və sink çatışmazlığı diaqnozu qoyulub.

Xəstəxanada uşağa vitaminlər kursu təyin edilib və onların orqanizmdə səviyyəsi normallaşıb. Mütəxəssislərin məsləhəti ilə valideynlər uşağı psixoterapiyaya göndəriblər. İndi o, artıq pendir və yaşıl salat yeyə bilər. Ancaq həkimlərin dediyi kimi, oğlanın görmə qabiliyyəti geri qayıtmayacaq.

Seçilən
34
medianews.az

1Mənbələr