AZ

Bu şirkət 42 milyard dollarlıq “Bitcoin” alacaq

Bu il 300%-ə yaxın dəyər qazanan “MicroStrategy”* gələcək üç il ərzində daha çox “Bitcoin” almaq istəyir.

Valyuta.az xəbər verir ki, korporativ proqram təminatı şirkəti “MicroStrategy” gələcək üç il ərzində daha çox “Bitcoin” almaq üçün 42 milyard dollar kapital toplamağı planlaşdırır. Bu 42 milyard dollar 21 milyard dollarlıq səhmdən və 21 milyard dollar borcdan ibarət olacaq.

“MicroStrategy” həmçinin üçüncü rüb nəticələrini açıqlayıb və 340,2 milyon dollar net ziyan qeydə alıb. Bu, 2023-cü ilin üçüncü rübündəki 143,4 milyon dollar net ziyanla müqayisədə daha yüksəkdir. “MicroStrategy”nin səhmləri bu il 300%-ə yaxın dəyər qazandı və bu, təxminən 180% artan “Nvidia” və 150% yüksələn “Palantir”i geridə qoydu.

Şirkətin gəliri 10% azalaraq 116,1 milyon dollar olub ki, bu da “FactSet”in** 124,3 milyon dollar gəlir proqnozunun altında qalıb. “Bitcoin” qiyməti isə ilin əvvəlindən təxminən 72% dəyər qazanıb.

* “MicroStrategy” 1989-cu ildən fəaliyyət göstərən və məlumat analizi ilə bağlı proqram təminatı təqdim edən bir şirkətdir. Şirkət, müştərilərinə məlumatları daha yaxşı anlamaq və qərar vermək üçün analitik alətlər təklif edir. Son illərdə “MicroStrategy” “Bitcoin”ə investisiya edən şirkətlərdən biri kimi diqqət çəkib

** “FactSet” maliyyə məlumatları, analitik alətlər və proqram təminatı təqdim edən bir şirkətdir. 1978-ci ildən fəaliyyət göstərən “FactSet” investorlar, analitiklər və maliyyə mütəxəssisləri üçün geniş çeşidli məlumat bazaları və alətlər təqdim edir. Şirkət, müştərilərinə bazar məlumatları, şirkət analizi, iqtisadi göstəricilər və digər maliyyə məlumatlarını təqdim edərək qərar vermələrinə kömək edir.

Əvəz Həsənov

Seçilən
26
23
valyuta.az

10Mənbələr