Şair və qiraətçi Nazilə Səfərli paylaşımı ilə maraq yaradıb.
OLAY yazır ki, sənətçi instaqram səhifəsində zövqlü və bayağı müğənnilərlə bağlı post yayımlayıb.
“Toylarda çox görünən müğənnilərə paxıllıq etməyin. Necə ki, axsaq ritmli zövqsüz mahnıların müğənnilərini kübar təbəqə dəvət etmir, eləcə də keyfiyyətli musiqini təbliğ edənləri zövqsüz insanlar anlaya bilməz. Hər müğənni toy sahibinə yaraşan toydadır”, - deyə Nazilə vurğulayıb.