AZ

Paşinyan: Ölkəmizdə istehsal edilən alkoqollu məhsulları konyak adlandırmaq olmaz

Ölkənin alkoqollu məhsullarını konyak adlandırmaq olmaz.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə hökumətin iclasında bildirib.

Paşinyanın sözlərinə görə, son yüz ildə etiketlərin üzərində “konyak” yazılır.

“Konyak Fransanın qeyri-maddi dəyəridir. Erməni konyakı deyil - erməni brendi deməliyik", - o bildirib və əlavə edib ki, hətta ailələrdə də konyakı brendi adlandırmaq lazımdır.

Baş nazirin sözlərinə görə, əgər yeni ad düşünüb tapmaq alınmırsa, "brendi" adı ətrafında nə isə fikirləşmək lazımdır.

İqtisadiyyat naziri Gevork Papoyan isə bildirib ki, Aİ-nin köməyi ilə erməni istehsalçılar öz məhsullarını brendi kimi brendləşdirməyə başlayıblar.

Seçilən
40
5
musavat.com

6Mənbələr