AZ

İsrail və Hizbullah arasında atəşkəs olacaq? - 7 gün ərzində...

Yaxın günlərdə və ya saatlarda İsrail və Hizbullah arasında atəşkəs əldə oluna bilər.

Milli.Az xəbər verir ki, bu barədə Livanın baş naziri Nəcib Mikati məlumat yayıb.

O, bildirib ki, İsrail mətbuatının paylaşdığı İsrail və Hizbullah arasında atəşkəs razılaşması layihəsində "İsrail ordusu münaqişə bitdikdən sonra 7 gün ərzində Livanı tərk edəcək" ifadəsi işlədilib.

Livanın Baş naziri Necib Mikati, İsrail və Hizbullah arasında atəşkəsə nail olmaq üçün səy göstərdiyini ifadə edərək "Önümüzdəki saatlarda və ya günlərdə atəşkəs əldə etmək üçün əlimizdən gələni edirik" deyib. ABŞ-nin İsrail və Hizbullah arasında atəşkəs təklifi 60 günlük icra müddəti ilə başlayır və bu müddət ərzində Livan ordusunun sərhəddə yerləşdiriləcəyi gözlənilir.

Bu mövqe dəyişikliyinə BMT-nin sülhməramlı qüvvələrinin də yardım edəcəyi bildirilib. Yekunda 10 min Livan əsgərinin İsrail sərhədi boyunca yerləşdiriləcəyi gözlənilir.

Layihədə qeyd olunur ki, 60 günün sonunda İsrail və Livan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam yerinə yetirilməsi və sərhəd mübahisələrinin həlli üçün ABŞ vasitəsilə dolayı danışıqlar aparacaq.

Nərmin Mahmudova
Milli.Az

Seçilən
55
2
milli.az

3Mənbələr