AZ

İspaniyada qasırğaya görə futbol həyatı da dayandı

İspaniyada qasırğa səbəbindən ölkə kubokunun yeddi oyunu təxirə salınıb. İspaniya Kral Futbol Federasiyası (RFEF) Dana qasırğasının nəticələri və daşqınlar səbəbindən ölkə kuboku oyunlarının təxirə salındığını açıqlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İspaniya Kral Kubokunun ilk turu, “Parla Eskuela”-“Valensiya” və “Pontevedra”-“Levante” matçları müvafiq olaraq noyabrın 6-na və 11-nə təxirə salınıb.

Həmçinin, “Ejea”-“Herkules” və “Xeres”-“Seuta” oyunları noyabrın 6-na təxirə salınıb. Noyabrın 5-də “Çiklana” və “Osasuna” qarşılaşacaq. Daha sonra “Manises-Xetafe” və “Jove-Real Sosyedad” matçlarının yeni tarixləri məlum olacaq.

Xatırladaq ki, oktyabrın 29-da İspaniyanı “Dana” qasırğası vurub. Qasırğa ölkənin şərqində güclü daşqınlara səbəb olub. İlkin məlumatlara görə, ən azı 95 nəfər ölüb. Rəsmilər itkin düşənlərin sayının arta biləcəyini bildirirlər.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
48
3
musavat.com

3Mənbələr