AZ

"Halloween" Bakıda necə qeyd olunur? - "Ölülər" və "cadugərlər"in toplaşdığı bayramın sirri... - VİDEO

Dünyanın bir çox ölkəsində oktyabrın 31-i "Halloween" bayramı keçirilir. Xristian dünyasına məxsus balqabaqlar bayramında insanlar qeyri-adi qiyafətlər geyinməklə bir yerə toplaşırlar. Ölülər, yaxud cadugərlər bayramı kimi bilinən "Halloween"ə son illərdə Azərbaycanda da böyük maraq yaranıb.
 
Bəs “Halloween”i qeyd edənlər bayramın mahiyyətindən xəbərdardırmı?
 
Moderator.az bildirir ki, “Report”un əməkdaşları sözügedən mövzu ilə bağlı şəhərdə "Halloween" şənliklərinin keçirildiyi və bəzədildiyi bir neçə məkana baş çəkiblər.
 
Restoranlardan birinin rəhbəri bildirir ki, "Halloween" şənliklərinin keçirilməsini və restoranların bu cür bəzədilməsini müştərilər tələb edirlər. Onların sözlərinə görə, "Halloween"ə maraq göstərənlər əsasən uşaqlar olsa da, hər yaş qrupundan insanlar bu bayramı qeyd edirlər.
 
Şəhərdə "Halloween" kostyumları və bəzəkləri satılan mağazalar da fəaliyyət göstərir. Satıcıların sözlərinə görə, son illərdə bu məhsullara tələbat kifayət qədərdir.
 
Paytaxt sakinlərinin isə bayramla bağlı fikiriləri müxtəlifidir. Kimi bayramı qeyd etdiyini və maraqlı olduğu düşünsə də, kimi də "Halloween"in milli düşüncəmizə tamamən zidd olduğunu deyir.
 
Psixoloq Vüsalə Əmiraslanova isə bildirir ki, qorxuducu personajların yer aldığı bu bayram şənliklərində insanların, xüsusən uşaqların şüuraltına təsir edən bir çox məqam var: “Qorxulu qrimlərin edildiyi, qan və dəhşət saçan elementlərin olduğu "Halloween" aqressiya saçır və uşaqların vizual yaddaşına köçürülərək onlara mənfi təsir göstərir”.
 
Qeyd edək ki, "Halloween" hər il 31 oktyabrda qeyd olunan bir bayramdır. Bu bayramın kökləri qədim Keltlərin "Samhain" festivalına gedib çıxır. Keltlər bu günü yaydan qışa keçid və yeni ilin başlanğıcı kimi qeyd edirdilər. Onlar inanırdılar ki, bu gecə ölü ruhlar dünyaya qayıdır.
 
"Halloween"in əsas atributlarından biri "Cek fənəri"dir. Bu, içərisi boşaldılmış və üzərinə göz, burun və ağız şəkilləri oyulmuş balqabaqdır. İçinə şam qoyularaq işıqlandırılır. Bu ənənə pis ruhları qovmaq üçün istifadə edilən qədim şalğam fənərlərindən gəlir.
 
"Halloween" zamanı insanlar qorxulu kostyumlar geyinir, evləri bəzəyir və şirniyyat toplamaq üçün qapı-qapı gəzirlər. Bu bayram xüsusilə uşaqlar arasında çox populyardır və əyləncəli vaxt keçirmək üçün bir fürsət yaradır.
 
Daha ətraflı süjeti təqdim edirik:
 

Seçilən
46
2
moderator.az

3Mənbələr