Nikol Paşinyan erməni konyakını "konyak" adlandırmamağa çağırıb, çünki Fransa üçün konyak qeyri-maddi dəyərdir.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri hökumətin iclasında danışıb.
Paşinyanın sözlərinə görə, erməni konyakı ilə öyünmək tamamilə biabırçılıqdır.
“Hökumətimiz nə qədər siyasi iradəli, vətənpərvər, fədakar və yüksək peşəkarlığa malik olsa da, biz Ermənistan Respublikasında istehsal olunan içkini konyak kimi əsaslandıra və sübut edə bilmərik. Bu, mümkün deyil. Konyak istehsal etdiyimizi iddia etməklə biz iqtisadiyyatımızı çıxılmaz vəziyyətə salırıq və onu inkişaf perspektivlərindən məhrum edirik”, deyə o, qeyd edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta