ABŞ-da prezident seçkilərinə 5 gün qalmış məşhur simalar tərəflərdən hansını dəstəklədiklərini elan etməyə başlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, xarici KİV xəbər verir ki, sabiq respublikaçı, eks-prezident Corc Buşun (oğul) qızı Demokratlar Partiyasının namizədi Kamala Harrisə səs verəcəyini bəyan edib.
Tanınmış aktyor Arnold Şvarsenegger də Harrisə dəstəyini açıqlayıb.
“Hollivud”un ulduzu Leonardo di Kaprio da Demokratların namizədini dəstəklədiyini gizlətməyib.
Amerikalı müğənni və aktrisa Cenifer Lopezin seçimi də Kamala Harrisdir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirləcək. Prezidentlik uğrunda mübarizə demokrat Kamala Harrislə respublikaçı Donald Tramp arasında gedir.Modern.az