AZ

“Səliqəli” saxtakarlıq – Gürcü müxalifəti dirəniş göstərir, Qərb izləyir

Şahin Cəfərli: “Gürcüstanın Qərbdən uzaqlaşma siyasətinə başladığı, Rusiyaya doğru irəlilədiyini demək tezdir”

Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ölkə Prezidenti Salome Zurabişvilinin qeyri-rəsmi liderliyi ilə müxalif partiyalar seçkinin saxtalaşdırıldığını əsas gətirir və nəticələri tanımırlar. Prezident 28 oktyabrda xalqı parlamentin qarşısında toplaşmağa səslədi və çoxminlik mitinq keçirdi. Oktyabrın 28-də parlament binası qarşısında keçirilən mitinqdə Zurabişvili ilə yanaşı, müxalif partiyaların liderləri də xalqa müraciət etdilər.

Müxalifət partiyaları Gürcüstanda beynəlxalq seçki administrasiyası tərəfindən təkrar seçkilərin keçirilməsini tələb edirlər. Əks halda, müxalif partiyalar qazandıqları mandatdan imtina edəcəklərini bildiriblər. Prezident isə sona qədər xalqla bərabər olacağına söz verib.

Dünən isə Gürcüstan Baş Prokurorluğu parlament seçkilərində saxtakarlıq iddiası ilə bağlı araşdırmaya başlayıb. Araşdırmalara əsasən, oktyabrın 31-də Prezident Salome Zurabişvili də ifadə vermək üçün çağırılıb.

Qonşu ölkədə etirazlar dinc şəkildədir, amma qələbə qazandığını iddia edən hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası ehtiyyat tədbirlərinə başlayıb. Məsələ burasındadır ki, Avropa və ABŞ-ın timsalında Qərb seçkilərin nəticələrindənm narazıdır. Bununla “Gürcü Arzusu”na təzyiq siyasətinə keçəcəyi gözlənilir. İddialara görə, hakim partiya parlamentə düşən müxalifət partiyalarından bir neçəsi ilə danışıqlar aparır ki, legitimliyini təmin etsin.

Xatırladaq ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb. MSK-nın məlumatına görə, 3111 seçki məntəqəsindən 3109-nun (99 936 faiz) protokolları nəzərdən keçirilib. Məlumata görə, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 53,93 faiz səs (1 milyon 118 min 796 səs) toplayıb. İkinci yerdə 11,03 faiz səslə (228 821 səs) “Dəyişiklik Koalisiyası – Qvaramiya, Melia, Girçi, Droa” qərarlaşıb. “Birlik – Milli Hərəkat” 10,16 faizlə (210 787 səs) üçüncü, “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq naminə” 8,81 faizlə (182 839 səs) dördüncü, “Gürcüstan naminə Qaxariya” Partiyası isə 7,77 faizlə (161,215 səs) beşinci yerdə qərarlaşıb.

Qonşu ölkədəki seçkilərdən sonrakı durum və perspektivlərlə bağlı AYNA-nın suallarını əslən Gürcüstandan olan siyasi şərhçi Şahin Cəfərli cavablandırıb. Politoloq qeyd edib ki, gözlənilməz heç nə baş vermədi:

-Seçki kampaniyası zamanı verilən bəyanatlar indiki nəticənin sürpriz olmadığını deməyə əsas verir. Kampaniya hakim “Gürcü Arzusu”nun dominantlığı şəraitində keçdi. Hakim qüvvələr əllərində olan resurslarından, dövlətin imkanlarından maksimum faydalandı. Nəticə də göz qabağındadır. Kampaniya müddətində hakim partiya nümayəndələrinin bəyanatlarındakı ritorikaya baxsaq görərik ki, seçkiləri uduzsalar belə, hakimiyyəti müxalifətə verməyəcəkdilər. Çünki aqressiv ritorikadan istifadə etdilər, müxalifəti “vətən xainləri” kimi təqdim etdilər, xaricdən təlimatla hərəkət edən “agentura şəbəkəsi” adlandırdılar. Əsas vəd də ondan ibarət idi ki, “Gürcü Arzusu” konstitusion çoxluq qazanarsa, müxalifəti tamamilə sıradançıxaracaq, fəaliyyətlərini qadağan edəcək, məhkəmə qarşısına çıxaracaqlar. Lakin hakim partiya qələbə qazansa da, konstitusion çoxluq qazana bilmədi. İndi əsas sual budur: Gürcüstanda bundan sonrakı proseslər hansı istiqamətdə gedəcək?

- Sizcə, hansı istiqamətdə gedəcək?

- İndi seçkilərdə qanun pozuntuları ilə bağlı araşdırmalar gedir. Bu araşdırmanın nəticəsi də müxalifətin etirazlarında önəmli rol oynayacaq. Onu qeyd etmək lazımdır ki, bu seçkilərdə total saxtakarlıq olmayıb. Seçki qutularına topa bülleten atılması ilə cəmi bir fakt ortadadır. Həmin məntəqənin də nəticələri ləğv edildi. “Gürcü Arzusu” saxtakarlığı çox səliqəli şəkildə həyata keçirdi. Onu demək lazımdır ki, “Gürcü Arzusu”nun Gürcüstan cəmiyyətində dəstəyi var. Həqiqətəndə bu partiya nüfuzuna görə ölkədə birinci partiyadır. Müstəqil “exit-poll” keçirən qurumların rəyinə görə də “Gürcü Arzusu” 41 faiz səslə birinci yer tutub. Sadəcə “Gürcü Arzusu” parlamentdə çoxluq yaratmaq üçün 50 faizi keçməli idi ki, incə saxtakarlıqla buna nail oldu. Bunu da qutulara bülletenlərin doldurulması yolu ilə yox, əyalətlərdə, xüsusilə, milli azlıqların yaşadıqları ərazilərdə qabaqcadan bu səsləri təşkil etdilər. Zurabişvilinin iddia etdiyi “erməni karuseli” formasında saxtakarlığa əl atıldı. Bu da o deməkdir ki, əvvəlcədən seçicinin şəxsiyyət vəsiqəsini götürüblər, nömrəsi ilə bir neçə məntəqədə səs verilib.

Məsələ burasındadır ki, gürcü müxalifətinin bu saxtakarlığı sübut etməsi çətindir, çünkimüxalifətin əlində güman ki, külli miqdarda faktlar yoxdur. Eyni zamanda, ilk dəfə bu seçkilərdə seçkilər elektron üsulla da keçirilib. Elektron sistemdə saxtakarlıq faktlarını əldə etmək də çox mürəkkləbdir. Düzdür, müxalifət iddia edir ki, saxtakarlıqla bağlı ifşaedici materiallar var. Hər halda, baxaq görək, nəyi ifşa edəcəklər. Demək istədiyim odur ki, proseslər həm də seçki saxtakarlığı faktlarının araşdırmasının nəticəsindən də asılıdır.

- Bu araşdırma çərçivəsində Prezident Zurabişvili də Baş Prokurorluğa dindirilməyə çağırıldı...

- “Gürcü Arzusu” bununla demək istəyir ki, araşdırma aparılır. Zurabişvilini Baş Prokurorluğa çağırmaqda məqsədləri Prezidentin iddiası ilə bağlıdır. Ona deyirlər: əlinizdə olan faktları təqdim edin. İndi görək müxalifəti dəstəkləyən Prezident hansı faktları ortaya qoya biləcək, əlində nələr var. Bu, sanki gözdən pərdə asmaq üçün başladılar prosesdir və nəticələrinin nə olacağı aydındır.

- Qərbin seçkilərin nəticəsi ilə bağlı qəti mövqeyi görünmür. Düzdür, saxtakarlıq faktlarının araşdırılması ilə bağlı çağırışlar var, amma sanki sərt mövqe görünmür...

- “Gürcü Arzusu” bu çağırışlara cavab verdiyini bildirir və araşdırma aparıldığını göstərir. Bununla hakimiyyət demək istəyir ki, “biz həqiqətən də saxtakarlıq faktlarının üzə çıxmasında maraqlıyıq”. Mənə elə gəlir ki, “Gürcü Arzusu” seçkilərdə 60 faizdən çox səs qazandığını elan edə, konstitusion çoxluğu qazana bilərdi. Amma bunu hakim partiya özü qəsdən etmədi. Bununla Qərblə münasibətlər məsələsində sanki əl yeri saxladı. Eyni zamanda, “Gürcü Arzusu” rəhbərləri bəyan edirlər ki, Avrointeqrasiya siyasi kursu davam edəcək. Bu mesajları Qərb anlayır. Sanki Qərb gözləmə mövqeyindədir, proseslərin hansı istiqamətə yön alacağını izləyir. Bundan sonra yəqin ki, Qərbdən qəti mövqe bildiriləcək.

Onu da qeyd edim ki, əslində Gürcüstan hakimiyyəti Qərblə əlaqələri kəsmək istəmir. Onsuz da, “Gürcü Arzusu”nun belə bir rahatlığı da yoxdur. Çünki Gürcüstanın Qərbin təzyiqlərinə dözümü yoxdur. Sabah Qərb həqiqətən də Gürcüstana qarşı sanksiyalar tətbiq edərsə, bu ölkənin ayaqda qalması mümkün deyil. Ona görə də Gürcüstanın Qərbdən uzaqlaşma siyasətinə başladığı, Rusiyaya doğru irəlilədiyini demək tezdir. Bunu Qərbdəkilər də anlayırlar. Hər halda, yenə deyirəm,

Seçilən
34
turkustan.az

1Mənbələr