Bakı. Trend:
Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayanşəxslərin mülki hüquq və ailə münasibətlərində iştirakı ilə bağlıyeni qaydalar müəyyən edilir.
Trend xəbər verir ki, bununlabağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılanMiqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığıolmayan şəxslər şəxsən və ya öz nümayəndələrinin vasitəsilə mülkihüquq münasibətlərində iştirak edir, ailə qanunvericiliyinintələblərinə uyğun olaraq nikah bağlayır, nikahı pozur, habelə digərailə münasibətlərində iştirak edirlər.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərnotarius xidmətlərindən istifadə etmək hüququna malikdirlər.