AZ

Saxlanma Mərkəzində saxlanılan əcnəbilərin yemək və maddi-məişət təminatı bu cür olacaq

Bakı. Trend:

Saxlanma Mərkəzində saxlanılan əcnəbilərin və vətəndaşlığıolmayan şəxslərin yemək və maddi-məişət təminatı ilə bağlı yeniqaydalar müəyyən olunur.

Trend-in məlumatına görə,bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılanMiqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığıolmayan şəxslər gündə üç dəfə yemək və maddi-məişət normalarınauyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qidanormalarına cavab verən pulsuz, Mərkəzdə hazırlanmış isti yeməklətəmin edilirlər. Yeməklər hazırlanarkən, Mərkəzdə saxlanılanəcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşı, sağlamlıqvəziyyəti və dini ənənələri nəzərə alınır.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərMərkəzdə sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarınıntələblərinə uyğun olaraq zəruri maddi-məişət şəraiti ilə təminolunurlar. Onların Mərkəzdə insan ləyaqətini alçaldan şəraitdəsaxlanılması qadağandır.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxsləristifadə sahəsi hər nəfərə dörd kvadrat metrdən az olmayan yaşayışotaqlarında saxlanılır və fərdi çarpayı, habelə yataq ləvazimatlarıilə təmin olunurlar.

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayanşəxslərin münasib paltarı olmadıqda, onlar iqlimə uyğun paltarlatəmin edilirlər. Belə paltar insan ləyaqətinə uyğun olmalı, habeləazadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə verilənpaltardan fərqlənməlidir.

Seçilən
23
8
az.trend.az

10Mənbələr