Bakı. Trend:
Saxlanma Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayanşəxslərin ibtidai araşdırma orqanına, prokurora, məhkəməyə, müvafiqicra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının İnsanhüquqları üzrə müvəkkilinə (ombudsmana) və Milli preventiv qrupuna,BMT-nin insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğulolan qurumlarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinə və yaişgəncənin və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqətialçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə AvropaKomitəsinə ünvanladıqları müraciətlər 1 gündən gec olmayaraq(istirahət və iş günü hesab edilməyən bayram günləri, səsvermə vəümumxalq hüzn günü istisna olmaqla) aidiyyəti üzrə göndərilir. Bumüraciətlər, habelə onlara verilən cavablar senzuradankeçirilmir.
Trend xəbər verir ki, bununlabağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılanMiqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Bu Məcəllənin 88-3.1-ci maddəsində nəzərdə tutulmuş dövlətorqanları (qurumları) və vəzifəli şəxslər istisna olmaqla, Mərkəzdəsaxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindəndigər dövlət orqanlarına (qurumlarına) və vəzifəli şəxslərəünvanlanan müraciətlər 24 saat müddətində aidiyyəti üzrəgöndərilir.
Bu müraciətlər, habelə onlara verilən cavablar bu Məcəllənin88-2.4-cü maddəsində nəzərdə tutulan hallarda senzuradan keçiriləbilər.
Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayanşəxslərin müraciətləri ilə əlaqədar Mərkəzin ünvanına daxil olancavab məktublarının surətləri 1 gündən gec olmayaraq, teleqramlarınsurətləri isə dərhal onlara təqdim edilir.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərmüraciət göndərdiklərinə görə hər hansı şəkildə təqib ediləbilməzlər.