AZ

Avropa ABŞ-ı itirir?

Vaşinqtonun Avropaya marağı getdikcə azalır və hakimiyyətin dəyişməsi bu tendensiyanı dəyişdirməyəcək.

“Politico” nəşrinin yazır ki, prezident postuna namizədlərdən heç biri ABŞ-Avropa münasibətlərini 1990-cı illərin əvvəlindəki səviyyəyə qaytarmaq fikrində deyil.

Lakin Demokratlar partiyasının namizədi Kamala Harrisin prezidentliyi Avropa ölkələri üçün respublikaçıların namizədi Donald Trampın qələbəsindən daha sərfəlidir. Bununla belə, ümumi mənzərə ondan ibarətdir ki, “köhnə qitə” artıq Birləşmiş Ştatlar üçün əvvəlki qədər cəlbedici deyil.

Ekspertlərin fikrincə, Avropanın güc siyasətinə hazır olmaması və ehtiyyatlılığı amerikalıları qıcıqlandırır. İqtisadi göstəricilərin Vaşinqtonun xeyrinə olması da ABŞ-la Avropa arasındakı münasibətlərə mənfi təsir göstərir.

Avropanın əhəmiyyətini anlayan ABŞ Prezident Cozef Bayden də Asiya-Sakit okean regionuna daha çox üstünlük verir ki, gələcəkdə bu tendensiya daha da güclənəcək.

EDnews

Seçilən
25
50
ednews.net

10Mənbələr